İsrail naziri qondarma \"erməni soyqırımı”nı rədd etdi

İsrail naziri qondarma \"erməni soyqırımı”nı rədd etdi

İsrailli professor Arıe Eldad hər il orta məktəblərdə "erməni soyqırımı"nın anım gününün qeyd edilməsi ilə bağlı dövlətin Hüquqi Məsələləri üzrə Nazirliyinə təklif irəli sürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, təklifində bildirib ki, hər il qondarma soyqırım günü münasibəti ilə bütün məktəblərdə xüsusi dərslər keçirilsin: "Mən hakimiyyəti bu təklifi qəbul etməyə çağırıram".

Lakin bütün səylərə baxmayaraq nazirlik təklifi rədd edib. Baş verən hadisədən təəssüflənən alim: "Bütün parlamentarilər mənlə razıdırlar. Lakin onlar səs verməyə qorxurlar. Mən nazir deyiləm və komissiya daxilində nələrin müzakirə olduğunu bilmirəm. Lakin mən təslim olan deyiləm"- deyə, danışıb.

Qeyd edək ki, hər il Knessetdə saxta "erməni soyqırımı"nın tanınmasına dair məsələ qaldıran Merets Partiyası bu il mayın 18-də eyni məsələni bir daha gündəmə gətirib. Parlament bu təklif əsasında məsələni Təhsil, mədəniyyət və idman komissiyasına həvalə edib. Komissiyaya "Evimiz – İsrail" fraksiyasının üzvü Aleks Miller sədrlik edir. A. Millerin məsələyə münasibəti belə olub: "Biz soyqırımın olub-olmadığına qərar vermək niyyətində deyilik. Təhsil, mədəniyyət və idman komissiyasının yüz il əvvəlki məsələlərin, hələ üstəlik İsrailin müsəlman dünyasındakı əsas müttəfiqi ilə strateji münasibətlərinin həll ediləcəyi bir instansiya olacağını düşünmək sadəlövhlükdür".

Qeyd edək ki, "Evimiz – İsrail" parlament fraksiyasının lideri Robert İlatov eyni zamanda İsrail-Azərbaycan parlamentlərarası assambleyasının rəhbəridir. Keçmiş bakılı İosif Şaqal da bu partiyanın önəmli simalarından biridir. Onun Belarusa səfir göndəriləcəyi gözlənilir. "Evimiz – İsrail" Partiyası hər il saxta "erməni soyqırımı"nın tanınmasına ciddi müqavimət göstərir və bu cəhdlərin qarşısını alır. Partiyanın adının çəkilməsini istəməyən deputatlarından biri Azərbaycanla münasibətlərin pozulmaması üçün bütün siyasi resurslardan istifadə edəcəklərini açıqlayıb: "Bunun üçün bizim kifayət qədər gücümüz var".

Bu məsələdə İsrail prezidenti Şimon Peresin mövqeyi də birmənalıdır. O, hələ 2001-ci ildə bu mövzuda düşüncəsini açıq bəyan edib: "Ermənilərin yəhudilər kimi soyqırıma məruz qaldığını söyləmək mənasızdır. Soyqırımı məsələsində ermənilərin yəhudilərlə eyniləşdirilməsi yolverilməzdir".

Bütün xəbərlər Facebook səhifəmizdə