Ərdoğan: \"İlk səfərim ya Azərbaycana, ya da Şimali Kipr Türk Cümhuriyyətinə olacaq\"
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "CNN Türk" televiziyasında jurnalistlərin suallarını cavablandırıb. SİA-nın xəbərinə görə, "Amerikalıların söylədikləri fikirlərə Türkiyədən necə bir mesaj veriləcək" sualını cavablandıran baş nazir bildirib ki, Türkiyə Balkanlarda və Avropada gündəm təyin etmədə söz sahibi olan bir ölkədir.
"Corc Buş bizi ümumi başçı olaraq qəbul edib. Bizim Avropada gəzməmizin səbəbi nə idi? Belə ki, 15 gün içində bütün Aİ ölkələrini gəzəcəyik. Bütün bunları Türkiyənin keçmişdə itirdiyi addımları qazanmaq üçün etdik".
\"Seçkidən sonra xaricə səyahət varmı?\" sualını cavablandıran baş nazir bunun məlum olduğunu söyləyib: "Amma istəsəniz indi danışmayaq. Amma biz ya Azərbaycana, ya da Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB