Çin gəmisi azadlığına qovuşub. SİA-nın məlumatına görə, Somalili quldurlar tərəfindən ələ keçirilən Çinə aid gəmi 7 aydan sonra sərbəst buraxılıb.
Quldurların arasında Hüseyn adlı bir şəxs telefon vasitəsilə Reuters Agentliyinə verdiyi açıqlama zamanı bu barədə məlumat yayıb: \"7 aydır əlimizdə olan Çinə aid yük gəmisini bu gün axşam saatlarında sərbəst buraxdıq. Gəmini azad etmək üçün tələb etdiyimiz pulu aldıq, daha sonra gəmi bizim sahilimizdən yola düşdü\".
Somalili səlahiyyətlilər də gəminin sərbəst buraxılması xəbərini təstiqləyib, lakin quldurlara ödənilən pulun alınıb-alınmadığı haqda heç bir məlumat əldə etmədiklərini diqqətə çatdırıblar.
Xatırladaq ki, Panama bayrağı altında üzən Çinə aid \"Yuang Xiang\" gəmisi 29 nəfərlik heyyəti ilə birlikdə noyabr ayının 12-də dəniz quldurları tərəfindən ələ keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB