G-20 ölkələri enerji nazirlərinin toplantısında nüvə təhlükəsizliyi məsələsi müzakirə olunur
Bu gün Fransanın paytaxtı Parisdə G-20 ölkələri enerji nazirlərinin toplantısı keçirilir. SİA-nın xəbərinə görə, toplantıda nüvə təhlükəsizliyi məsələsi müzakirə olunur.
Cari ilin mart ayında Yaponiyada baş verən zəlzələ və sunamidən sonra radiasiya sızıntısı qərb dövlətlərinin nüvə enerjisi istehsalını nəzərdən keçirmələrinə səbəb olub. Nüvə enerjisindən imtina etdiyini qeyd edən ilk sənayeləşmiş ölkə isə Almaniya olub. Nüvə enerjisindən ən çox istifadə edən ölkələrdən biri olan Fransanın elektrik enerjisinin 80 faizi 58 nüvə stansiyasından əldə edilir.
İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, heç nə İranı nüvə proqramından imtinaya məcbur edə bilməz. O, Tehranla nüvə proqramına dair danışıqlar aparan dövlətlərin heç bir təklifinin İranı bu proqramdan imtinaya razı sala bilməyəcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB