Çilinin cənubundakı \"Puyehue\" vulkanının fəaliyyətə başlamasından sonra Santiago hava limanı fəaliyyətini dayandırıb, təyyarələrin uçuşu təxirə salınıb. SİA-nın xəbərinə görə, bu barədə Santiago Beynəlxalq Hava limanının səlahiyyətlisi məlumat verib. O bildirib ki, vulkandan çıxan kül buludları təyyarələrin uçuşuna ciddi maneə törədir: \"\"Puyehue\" vulkanı fəaliyyətə başlayıb. Bu istiqamətdə bütün qabaqlayıcı tədbirlər görülür. Biz də vulkanın fəaliyyəti ilə əlaqədar hava limanında uçuşları dayandırmışıq. İndiyə kimi, 16 uçuş ləğv edilib. Eyni zamanda Argentinadan hava limanımıza eniş edəcək bütün təyyarələrin uçuşları dayandırılıb. Ümumilikdə, 62 reys təxirə salınıb\".
Xatırladaq ki, \"Puyehue\"nin oyanması ilə əlaqədar vulkanın ətrafında yaşayan 3500 nəfər köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB