İndoneziyada gəmi batıb: 25 ölü

İndoneziyada gəmi batıb: 25 ölü

İndoneziyada gəmi batıb. SİA-nın məlumatına görə, Borneo adası ətrafında batan gəmidə 25 nəfər ölüb.

Yerli xilasetmə təşkilatının səlahiyyətlisi Gusti Saifulbatan gəmi ilə bağlı açıqlama verib: \"Gəmi dünən Borneodakı Geronqqanqa getmək üçün Pulau Laut adasından yola çıxıb. Bir neçə saat sonra isə, Borneo adasının ətrafında gəmi suya qərq olub. Dərhal başladılan xilasetmə işləri nəticəsində 74 nəfər xilas edilib. Bütün cəhdlərimizə baxmayaraq, 25 nəfərin ölümünün qarşısı alına bilmədi. 6 nəfərdən isə ümumiyyətlə xəbər yoxdur. Bu səbəbdən də, ölü sayının artacağını düşünürük. Gəmidə işçi heyyəti ilə birlikdə 105 nəfər olub\".

Qeyd edək ki, gəminin batmasına şiddətli əsən küləyin səbəb olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə