NATO ilə Rusiyanın Polşada birgə manevri

NATO ilə Rusiyanın Polşada birgə manevri

NATO Polşada terrorla mübarizə üçün Rusiya ilə birgə fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, bu barədə polşalı mayorValdemar Krzizanovski açıqlaması zamanı məlumat verib.

O bildirib ki, terrorla mübarizə üçün ən doğru yol Rusiya ilə NATO-nun birgə fəaliyyətidir: \"Polşada baş verən bütün hadisələr yaxından izlənir. NATO ilə Rusiya birgə fəaliyyətləri nəticəsində baş verə biləcək növbəti terror hadisəsinin qarşısını alacaqlar. Belə ki, sərnişin təyyarəsinin yerinə hərbi bir təyyarə Polşanın cənubundan uçuş həyata keçirib. İlk olaraq, təyyarənin noviqasiya sistemi pozulacaq. Daha sonra isə təyyarədəki terrorçular təsirsiz hala gətiriləcək. Nəticədə, Rusiya və Polşaya aid hərbi təyyarələr təhlükəsizlik tədbirləri çərçivəsində terrorçu təyyarənin Polşanın şimalındakı Malborka enməsinin qarşısını alacaqlar\".

Bütün xəbərlər Facebook səhifəmizdə