Devid Kameron: “Əsas investor və Azərbaycanın dostu kimi Birləşmiş Krallıq bu tərəfdaşlığın daha da inkişafına və genişlənməsinə sadiq olaraq qalır”
"Əsas investor və Azərbaycanın dostu kimi Birləşmiş Krallıq bu tərəfdaşlığın daha da inkişafına və genişlənməsinə sadiq olaraq qalır". SİA-nın xəbərinə görə, bu sözlər Bakıda açılan 18-ci Beynəlxalq Xəzər neft, qaz sərgi və konfransının iştirakçılarına Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kameronun məktubunda qeyd olunub.
Məktubda vurğulanıb ki, son illər qlobal iqtisadi sistem görünməmiş çətinliklərlə üzləşib. "Belə bir vaxtda xarici sərmayəni cəlb etmək və saxlamaq qabiliyyəti ölkələr və xalqlar üçün daha da önəmli olur. Bütün konfrans iştirakçıları sərgidəki bir sıra stendlərindən və Bakının genişlənən üfüqlərindən Azərbaycanın bu vəzifəni uğurla həyata keçirən ölkələrdən biri olduğunu müşahidə edəcəklər", - təbrikdə deyilir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB