Robert Qeytsin nazir kimi son səfəri

Robert Qeytsin nazir kimi son səfəri

Robert Qeyts nazir kimi Əfqanıstana son dəfə səfər edib. SİA-nın məlumatına görə, ABŞ-ın müdafiə naziri Robert Qeyts iyun ayının sonunda təqaüdə çıxacaq. Bu məqsədlə də, ABŞ əsgərlərinin yerləşdirildiyi Əfqanıstana son dəfə səfər edən Qeyts ölkə prezidenti Həmid Kərzai ilə görüşüb. Görüşdən sonra təşkil edilən mətbuat konfransında nazir Əfqanıstandakı ABŞ əsgərlərinin daimi qalmayacağını diqqətə çatdırıb: \"ABŞ-ın Əfqanıstandakı əsgərləri daimi qalmayacaq. Lakin bu məsələdə Əfqanıstanın da üzərinə bir sıra məsuliyyətlər düşür. Belə ki, 2014-cü ildə əsgərlərin ölkədən çəkilməsi planlaşdırır. Bunun üçün isə, ilk növbədə Əfqanıstan hükuməti öz təhlükəsizliyinin təmin olunmasına kifayət qədər məsuliyyətli yanaşmalıdır\".

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama, iyulda Əfqanıstandakı əsgərlərin ölkədən çıxarılacağına söz vermişdi, lakin hələ əsgərlərin sayı və prosesin müddəti ilə bağlı bir qərar verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə