Liviyada partlayışlar davam edir. SİA-nın məlumatına görə, bu gün paytaxt Tripoli şəhərində bir neçə dəfə partlayış səsi eşidilib. Bölgə səlahiyyətliləri şəhərdə bir gündə 6 dəfə partlayış səsi eşidildiyini deyərək can itkisi olmadığını bildiriblər.
Müxalifət nümayəndələri isə bütün partlayışlarda Qəddafini günahlandırıblar. Müxalifət üzvləri dünya ölkələrinin də Qəddafinin hakimiyyətinin sona çatması vaxtının gəldiyini təsdiqlədiyini və bunun ən doğru qərar olduğunu bildiriblər: \"Hər gün Liviyada NATO-nun geniştərkibli əməliyyatları həyata keçirilir. Bütün bunların səbəbi isə, Qəddafinin hakimiyyəti təhvil vermək istəməməsidir. Bu açıq formada xalqın qətlinə şərait yaratmaqdan başqa bir şey deyil\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB