Şeytan çıxarma ayinindən kadrlar - FOTOSESSİYA

Şeytan çıxarma ayinindən kadrlar - FOTOSESSİYA
Kolumbiyada \"Hermes qardaş\" adıyla tanınan Hermes Cifuentesin hər həftə təşkil etdiyi şeytan çıxarma ayinlərinə ətrafdan böyük maraq göstərilir. SİA-nın xəbərinə görə, daxilinə şeytan girdiyini düşünən insanları yerdə çiçəklərlə yaradılan dairənin ortasına çəkilən üçbucağa yatıran Cifuentes bədənləri və üzlərini torpağa buladığı, gözlərini bağladığı \"xəstələrini\" dualarla müalicə etdiyini iddia edir.

Boyunlarına xaç bağlanan insanlar ayin əsasında qışqırıqlar atır, ağlayırlar. Cifuentes ayin zamanı pis ruhları qovduğuna inanılan yumurta və limondan da istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə