ABŞ İranı günahlandırır. SİA-nın məlumatına görə, ABŞ Xarici İşlər Nazirliyi iranlı müxalifət lideri Səhabinin qızının öldürülməsinə görə, İran hökumətini günahlandırıb. Belə ki, İzzətullah Səhabinin qızı Xəlil Səhabi atasının dəfn mərasimində çıxan qalmaqal əsnasında öldürülüb. Məlumatda Səhabinin qadın hüquqlarını müdafiə etdiyi bildirilib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mark Töner mövzu ilə bağlı açıqlamasında məlumatı dəstəkləyərək İranın məsələdə günahkar olduğunu deyib: \"Dəfn mərasimində olan hadisə şahidləri də təsdiqləyir ki, İzzətullah Səhabinin qızı iranlı təhlükəsizlik nümayəndələri tərəfindən öldürülüb\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB