Angela Merkel: \"Nüvə stansiyaları bağlanmasa Almaniya siyasi nüfuzunu itirəcək\"
\"Bütün nüvə stansiyaları hissə-hissə bağlanacaq\". SİA-nın məlumatına görə, bu sözləri Almaniyanın federal kansleri Angela Merkel açıqlaması zamanı deyib. O bildirib ki, yeni açılan atom elektrik stansiyaları da bağlanılanlar arasında istisna olmayacaq: \"Atom elektrik stansiyalarının bağlanması ilə bağlı dediklərimiz qüvvədədir. Bu istiqamətdə ciddi işlər görülür. 2022-ci ilə qədər Almaniyada fəaliyyət göstərən AES qalmayacaq. Belə ki, 2021-ci ilə qədər ölkənin uzun illərdən bəri fəaliyyət göstərən stansiyaları qalan 1 ildə isə yeni açılmış 3 stansiya da bağlanacaq\".
Konfransda iştirak edən Saksoniyanın Anhalt əyalətinin baş naziri Reiner Haseloff da stansiyaların bağlanmasının məqsədəuyğun olduğunu bildirərək qeyd edib ki, qərar icra olunmasa ölkə nüfuzunu itirə bilər: \"Almaniyada atom elektrik stansiyaları 2015, 2017, 2019 və 2021 illərdə olmaqla pilləli formada bağlanacaq. Yaşanabiləcək enerji qıtlığı ölkənin kömür və qaz ehtiyyatları hesabına ödənəcək. Amma, hər hansı səbəbdən Almaniya fikrindən geri dönsə, ölkə nüfuzunu itirəcək. Yəni belə bir qərarın icra edilməməsi dünya ölkələri arasında Almaniyanın siyası nüfuzunun məhv olmasına gətirib çıxarar\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB