Mahmud Əhmədinejad istefa verdi

Mahmud Əhmədinejad istefa verdi

İran prezidenti Mahmud Əhmədinejad Neft Nazirliyinə müvəqqəti rəhbər təyin edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iyunun 2-də Əhmədinejadın sərəncamı ilə Bədən Tərbiyəsi Təşkilatının sabiq rəisi Məhəmməd Əli Abadi neft naziri əvəzi təyin olunub.

Qeyd edək ki, mayın 15-də Əhmədinejad dövlət televiziyasına açıqlamasında Neft Nazirliyinə rəhbərliyi müvəqqəti olaraq öz üzərinə götürdüyünü bildirmişdi. Prezidentin nazirliyə rəhbərliyi öz üzərinə götürməsi hakimiyyət daxilində ciddi etirazla qarşılanıb. İyunun 1-də İran parlamenti Əhmədinejadın Neft Nazirliyi ilə bağlı qərarlarına Məhkəmə Sistemində baxılmasına səs verib. Deputatlar Əhmədinejadın qərarlarının qanuna və konstitusiyaya zidd olduğunu irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə