İspaniya kralı xəstəxanaya düşdü

İspaniya kralı xəstəxanaya düşdü

İspaniya kralı Xuan Karlos bu gün dizindən əməliyyat olunmaq üçün Madriddəki xəstəxanaların birinə yerləşdirilib. SİA-nın "Lenta.ru" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, ispan kralının xroniki idman xəstəliyindən xilas olması üçün mütləq oynaqları bərpa olunmalıdır. Əməliyyat İspaniyanın ən məşhur idman cərrahlarından biri olan Anxel Vilyamor tərəfindən aparılacaq.

Agentlik xəbər verir ki, əməliyyatdan sonra kralın dizinin bərpası uzun çəkəcək və bu müddət ərzində o həkimlərin məsləhəti ilə hərəkət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə