Aralıq dənizindəki gəminin batması 270 nəfərin ölümünə səbəb olub

Aralıq dənizindəki gəminin batması 270 nəfərin ölümünə səbəb olub

Bu gün Aralıq dənizində içərisində qaçqınların olduğu gəmi batıb. SİA-nın xəbərinə görə, hadisə yerində olan Tunis Sahil Mühafizə Xidməti 570 sərnişini xilas edə bilib, 270 nəfərin isə boğularaq öldüyü bildirilir. Hələlik qəza nəticəsində ölənlərin hansı ölkənin vətəndaşları olduğu açıqlanmayıb.

Qeyd edək ki, BMT martın sonlarından bu vaxta kimi Aralıq dənizində 800-dək mühacirin gəmi fəlakətinin qurbanı olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə