General-leytenant Karlos Alberto Presti Argentinanın yeni müdafiə naziri olacaq və ölkədə demokratiyanın bərpasından (1983) sonra bu vəzifəni tutan ilk hərbi zabit olacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Prezident Administrasiyası vurğulayıb ki, Presti 1976-cı il çevrilişi nəticəsində qurulan hərbi rejimdən sonra demokratiyanın bərpasından bu yana nazirlik postuna təyin olunan ilk hərbçidir: “Bu, siyasi isteblişmentin davam edəcəyinə ümid etdiyimiz yeni bir ənənənin başlanğıcıdır”.
Hazırkı müdafiə naziri Luis Petri parlament üzvü seçildiyi üçün vəzifəsini tərk edəcək və dekabrın 10-da yeni mandatının icrasına başlayacaq. Eyni zamanda senator seçilən təhlükəsizlik naziri Patrisiya Bullriç də istefa verəcək. Onun yerinə nazir müavini Alejandra Monteoliva təyin ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB