Oktyabrın 4-də Tbilisidə keçirilmiş etiraz aksiyasında qanun pozuntularına yol vermiş daha 8 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə məlumat verib. Onun sözlərinə görə, daha 4 nəfərin axtarışları davam etdirilir.
Nazir müavini 4 oktyabr hadisələri ilə bağlı bu günədək ümumilikdə 44 nəfərin saxlanıldığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə