Axios: “NATO ölkələri Ukrayna üçün “Tomaqavk” raketləri alacaq...”

Bu raketlər 2500 km-ə qədər uçuş məsafəsinə malikdir...

...NATO ölkələri Ukrayna üçün Amerikadan “Tomaqavk” raketləri alacaq.

SİA xəbər verir ki, bu barədə insayder məlumatlara istinadən Axios məlumat yayıb.

Axios-a görə, NATO ölkələri prezident Donald Trampın onları satmağa razılıq verəcəyi təqdirdə, Ukrayna Silahlı Qüvvələri üçün ABŞ-dan “Tomaqavk” raketlərinin alınmasını maliyyələşdirməyə hazırdır. Bu silahlara potensial xərclənən pulun məbləği dəqiqləşdirilməyib.

Bu ilin sentyabrında Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, o, Trampdan Rusiya diktatoru Vladimir Putini müharibəni bitirməyə məcbur edəcək yeni silah sistemi istəyib.

Daha sonra mətbuatda yayılan xəbərlər, sözügedən raketlərin 2500 km-ə qədər uçuş məsafəsinə malik “Tomaqawk” qanadlı raketləri olduğunu göstərdi.

Oktyabrın 6-da jurnalistlərlə görüşü zamanı Donald Tramp Amerikanın “Tomaqavk” raketlərinin Ukraynaya tədarükü ilə bağlı demək olar ki, qərar qəbul etdiyini bildirib.

Amma yekun qərar verməzdən əvvəl o, iki sualla bağlı Ukraynadan cavab eşitmək istəyir.

Tramp Kiyevin raketlərdən nə üçün istifadə etməyi planlaşdırdığını və onların dəqiq harada yerləşdiriləcəyini bilmək istəyir.

...Vladimir Putin bəyan edib ki, əgər Ukrayna faktiki olaraq Amerikanın “Tomaqavk” raketlərini alarsa, bu, Rusiya ilə ABŞ arasında münasibətlərə ciddi zərbə vuracaq.

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Tomaqavk”sın Ukraynaya təhvil verilməsinə “uyğun” cavab verəcəyini vəd edib.

“Temaqawk” faket performansı...

...ABŞ Ordusu 1983-cü ildə Tomaqavk qanadlı raketlərini qəbul edib. O vaxtdan bəri onlar dəfələrlə təkmilləşdirilib. Hal-hazırda bir neçə “Tomaqawk” variantı var.

2017-ci ildə belə bir raket təxminən 1,9 milyon dollara başa gəlib.

“Tomaqawk” 5,55 metr uzunluğunda, 0,52 metr diametrində, 1250-2500 km uçuş məsafəsinə malikdir və çəkisi 454 kq-a qədər olan yüksək partlayıcı, nüvə və ya klaster başlığı daşıyır.

Rəhbərlik sistemlərinə foto əsaslı naviqasiya, GPS və radardan yayınan axtarış vasitəsi ilə ərazi korreksiyası ilə inertial sistem daxildir. Raket turbojet mühərriki ilə təchiz edilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə