...“Pozirki”nin apardığı sərhəd xidmətlərinin məlumatlarının müqayisəli təhlilinə əsasən, 2025-ci ilin avqust ayının üç həftəsində qonşu Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən Belarus ərazisindən qanunsuz keçməyə 4350 cəhd qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 2,4 dəfə (1849 olub), bu ilin iyul ayının üç həftəsi ilə müqayisədə isə 7,9 faiz (4030) çoxdur.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2025-ci ilin əvvəlindən Baltikyanı ölkələrə bütün 2024-cü ildəkindən daha çox miqrant girməyə cəhd edib.
...Belarus saytlarının iddiasına görə, Belarus və Avropa İttifaqı ölkələri sərhədində miqrasiya böhranı 2021-ci ilin yazından davam edir.
Yeri gəlmişkən, qonşu Avropa dövlətlərinin hakimiyyət orqanları bunu Minsk və Moskva rejimlərinin təşkil etdiyi “hibrid hücum” hesab edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə