Avqustun 22-də Ukrayna iki proqram çərçivəsində Avropa İttifaqından yeni maliyyə yardımı tranşı alıb. Bir milyard avro Kiyevə ERA Kreditləri vasitəsilə, digər 3,05 milyard avro isə Ukrayna Mexanizmi çərçivəsində verilib.
SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Ukraynanın baş naziri Yuliya Svırıdenkonun bəyanatına istinadən xəbər verir.
Onun sözlərinə görə, ümumilikdə Ukrayna öz tərəfdaşlarından 4,05 milyard avro alıb, onlardan: Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən maliyyələşdirilən ERA Kreditləri çərçivəsində bir milyard avro; Bərpa və inteqrasiya üçün Ukrayna Mexanizmi çərçivəsində 3,05 milyard avro...
...Bu dəstək həm dövlət büdcəsini, həm də bərpa prosesini gücləndirir. Avropalı tərəfdaşlarımıza təşəkkür edirik. Biz birlikdə Ukraynanın güclü və vahid Avropada gələcəyinə doğru inamla irəliləyirik.
Svırıdenko əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə