"Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var"

“Biz bu müharibənin, Rusiyanın dayandırılmasını istəyirik”.

SİA-nın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı deyib. O bildirib ki, Ukraynanın amerikalı və avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var.

“Biz güclü insanlar olduğumuzu göstərdik və bu müharibəni dayandırmaq, bunu diplomatik yolla bitirmək üçün Birləşmiş Ştatların - Prezident Trampın şəxsi yardım ideyasını dəstəklədik. Biz Prezidentin dediyi kimi, üçtərəfli görüşə hazırıq. Bu üçtərəfli görüş fikri yaxşıdır”, - deyə Zelenski əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə