İsrail İrandakı məşhur Evin həbsxanasını vurdu

İsrail bu gün İranın paytaxtı Tehranda bir neçə əsas hədəfə zərbələr endirib. SİA xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saarın təsdiq etdiyi kimi, hədəflər arasında Bəsic yarımhərbi təşkilatının qərargahı, Evin həbsxanası və İranın İsrailə qarşı mövqeyini simvolizə edən “İsrailin Məhv Saatı” kimi tanınan saytın ofisi yer alıb.

"Biz İrana dönə-dönə xəbərdarlıq etmişik: mülki əhalini atəşə tutmağı dayandırın! Onlar bu səhər də daxil olmaqla davam etdi. Cavabımız: Yaşasın azadlıq!", - Gideon Saar X sosial şəbəkəsində yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə