Tramp yüksək səviyyəli komandirləri topladı

ABŞ prezidenti Donald Tramp Ağ Evdə yüksək səviyyəli hərbi komandirlərlə təhlükəsizlik toplantısı keçirib. SİA xəbər verir ki, bu barədə “Military Informant" "Telegram” kanalı məlumat yayıb. Məlumata görə, ABŞ Yaxın Şərqdəki bütün hərbi obyektlərini tam hazırlıq vəziyyətinə gətirib. Daha əvvəl bildirilmişdi ki, Pentaqonun rəhbəri Pit Heqset Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda ABŞ hərbçilərinin ailə üzvlərinin Mərkəzi Komandanlığın məsuliyyət zonasındakı obyektləri könüllü şəkildə tərk etməsinə icazə verib. İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-la silahlı münaqişə baş verəcəyi təqdirdə Tehranın Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarını vuracağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə