Səudiyyə Ərəbistanında süni intellekt həkimləri əvəz edir...

Bu ilin aprel ayında Səudiyyə Ərəbistanının şərqindəki Əl-Ahsa bölgəsində yerli səhiyyə xidmətləri şirkəti Almoosa Health Group ilə birgə innovativ pilot layihəyə start verilib. Pilot proqram süni intellektin virtual həkim kimi istifadəsinə, xəstələrlə qarşılıqlı əlaqəyə, diaqnostikanın aparılmasına və dərmanların təyin edilməsinə əsaslanır.

SİA-nın məlumatına görə, bu iş alqoritmi həkimlə standart görüşə mümkün qədər yaxındır.

Yaradıcılar hesab edirlər ki, bu texnologiyadan istifadə səhiyyənin yükünü yüngülləşdirəcək, əsas tibbi xidmətlərə operativ çıxışı təmin edəcək və müraciətlərin işlənməsini sürətləndirəcək.

Onlar bu cür layihələri süni intellektin ilkin səhiyyə xidmətinə inteqrasiyası, xəstələrin həkimin birbaşa iştirakı olmadan lazımi məsləhətlər və reseptlər almasına imkan verən mühüm addım kimi qiymətləndirirlər.

Oxşar sxem üzrə fəaliyyət göstərən Synyi AI Klinikası, Çinin səhiyyə sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qabaqcıl texnologiyasını vurğulayan dünyada birincidir.

Bloomberg xəbər verir ki, analitiklər qeyd edirlər ki, bu cür təşəbbüslər tibbi xidmətlərin təşkilinə yanaşmanı kökündən dəyişdirməyə, onları daha əlçatan və effektiv etməyə qadirdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə