“The Economist” içkidən tamamilə vaz keçməməyin səbəbini deyir...

Meyxanələrə getmək cəmiyyətə qoşulma hisslərini yaxşılaşdırır və həyatdan məmnuniyyəti artırır...

...Deməli, SİA-nın məlumatına görə, “The Economist” yazır ki, orta dərəcədə spirtli içki istehlakı iqtisadi, sosial və mədəni baxımdan əsaslandırıla bilər.

Hazırda gənclər, xüsusən də “Z” nəslinin nümayəndələri spirtli içkilərdən getdikcə daha çox imtina edirlər: məsələn, ABŞ-da 20-29 yaşlı gənclərin təxminən 30 faizi son bir ildə spirtli içki qəbul etməyib. Bununla belə, jurnal belə bir tendensiyanın gözlənilməz nəticələrə səbəb ola biləcəyini yazır.

Birincisi, spirtli içkilər restoran sənayesində mühüm gəlir mənbəyi olaraq qalır.

“The Economist” yazır ki, ABŞ-da qida xidməti müəssisələrinin qazancı əsasən ərzaqdan daha yüksək qiymətə malik olan spirt satışı, istehsal və xidmət xərclərinin aşağı olması hesabına təmin edilir. Bu mənada, yalnız su sifariş edən ziyarətçilər “başqasının hesabına qazanc əldə edirlər”... Bunu nəşr iddia edir.

...İkincisi, alkoqoldan imtina artan sosial izolyasiyaya kömək edə bilər. Bu əsrlər boyu insanların rahatlamasına və daha asan əlaqə saxlamasına kömək etmişdir.

Qəzet yazır ki, meyxanalara baş çəkmək cəmiyyətə qoşulma hisslərini yaxşılaşdırır və həyatdan məmnunluq hissini artırır. ...Üçüncüsü, spirt yaradıcılığa kömək edə bilər: yüngül intoksikasiya gərginliyi və nəzarəti azaldır, bu da bəzən qeyri-ənənəvi həllər tapmağa kömək edir. Tarixən bir çox rəssamlar, yazıçılar və novatorlar alkoqoldan yaradıcılıq prosesinin bir hissəsi kimi istifadə ediblər.

Materialın müəlliflərinin fikrincə, ondan tamamilə imtina mədəni və intellektual məkanı yoxsullaşdıra bilər.

“The Economist” alkoqoldan sui-istifadəyə qarşı da xəbərdarlıq edir, lakin onun orta istehlakın "köhnə" ideyasını müdafiə etdiyini vurğulayır. Keçən həftə “The Guardian” qəzeti Kanada Kardiologiya Jurnalında şampan şərabının ürək sağlamlığına təsiri ilə bağlı dərc edilmiş araşdırmaya istinadən məqalə dərc edib.

Alimlər şampan və ağ şərabın orta səviyyədə istehlakı ilə ürək dayanması riskinin azalması arasında müsbət əlaqə olduğunu qeyd ediblər. Digər faydalı amillərə müntəzəm meyvə istehlakı, müsbət emosional vəziyyətin qorunması, bədən çəkisi və qan təzyiqinə nəzarət daxildir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə