Novosibirskdə zooparkın ərazisində yanğın baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, yanğın 180 kv.m ərazini əhatə edib və 2 karona keçib.
Yanğınsöndürənlər yanan tikililərdən bir öküz və bir dəvəni çıxara biliblər. Ölənlər barədə məlumat verilməyib. Hazırda yanğın nəzarət altındadır.
Yanğınsöndürmə işləri davam edir. Xilasetmə işlərinə 30-dan çox mütəxəssis və 10 texnika cəlb olunub. Bundan başqa, prokurorluq hadisə ilə bağlı R.A.-da araşdırmalara başlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə