Ukraynanın Dneprpetrovsk vilayətinin bəzi kəndlərində əhali təxliyə edilir

Dnepropetrovsk vilayətində 7 kənddən məcburi təxliyə elan edilib. Onlar Donetsk vilayəti ilə inzibati sərhədin yaxınlığında yerləşirlər. SİA xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak Telegram səhifəsində məlumat verib.

Lisak qeyd edib ki, artıq bu yaşayış məntəqələrindən 400 uşaq təxliyə olunub. Orada daha 26 uşaq qalıb. Onların bəziləri artıq evlərini itirmiş və yeni həyat qurmağa başlayan köçkünlərdir.

Administrasiya rəhbəri əlavə edib ki, təxliyəyə könülülər kömək edəcək. Eyni zamanda, insanların köçürülməsi üçün artıq variantlar var. İnsanlar harada yaşamaq istədiklərini özləri seçəcək, bütün sosial müavinətləri alacaqlar.

Bu təxliyə bir ay davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə