...ABŞ prezidenti Donald Tramp Rusiyanı bank sektorunu sanksiyalarla hədələyib və əlavə edib ki, Moskvanın Ukrayna infrastrukturuna hücum etmək üçün “heç bir səbəbi” yoxdur.
SİA-nın məlumatına görə, bu barədə dövlət başçısı Truth Social sosial şəbəkəsindəki hesabında yazıb.
...Son bir neçə gündə Rusiya prezidenti Vladimir Putinin raketlər buraxması üçün heç bir səbəb yox idi. Bu, məni düşünməyə vadar edir ki, biz buna başqa cür, bank və ya ikinci dərəcəli sanksiyalarla yanaşmaq lazımdır, - deyə siyasətçi bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi və yaxın hərbi obyektlərə zərbələr endirir.
Eyni zamanda, Kreml nümayəndəsi xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Pasxa atəşkəs rejimini dəfələrlə pozub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə