Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb

Çexiyanın Cənubi Moraviya vilayətinin paytaxtı Brnoda düz 80 il əvvəl şəhərin faşistlərdən azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, həlak olanların anım mərasimi Mərkəzi Şəhər Qəbiristanlığında keçirilib. Siyasətçilər, ordu və ictimaiyyət nümayəndələri Çex azadlıq mübarizlərinin, rumın və sovet əsgərlərinin abidələri önünə gül dəstələri qoyublar. Mərasimdə 100-ə yaxın insan iştirak edib.

Cənubi Moraviya Rumıniya qoşunlarının iştirakı ilə azad edilib. Anım mərasimində həlak olmuş Rumıniya əsgərlərinin adları oxunub. Mərasim Rumıniya hərbi orkestrinin ifasında musiqi ilə müşayiət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə