…Naməlum şəxslər Rostov vilayətinin baş imamı Məhəmməd Bikmayevin evinə molotov kokteyli olan butulka ataraq yandırmağa cəhd ediblər.
SİA-nın məlumatına görə, AiF xəbər verir ki, xoşbəxtlikdən yanğın tez bir zamanda söndürülüb və xəsarət alan olmayıb.
Qeyd edək ki, Bikmayev Rostov-na-Donuda, Türküstanskaya küçəsində, məsciddən 190 metr aralıda yaşayır.
Axşam saat 10 radələrində ev sahibi evdə olarkən hücum edən şəxs ora “Molotov kokteyli” ataraq gözdən itib.
Onu da qeyd edək ki, Məhəmməd Bikmayev ötən il iyunun 16-da istintaq təcridxanasında girov götürülərkən terrorçularla danışıqlar aparması ilə tanınır.
Həmin gün 6 nəfər növbətçi məntəqəyə soxularaq istintaq təcridxanasının iki əməkdaşını əsir götürmüşdü.
Cinayətkarlar avtomobil, silah və ölkəni tərk etmək imkanı tələb ediblər. Bikmayev cinayətkarları təslim olmağa razı sala bilməmişdi.
…Və təhlükəsizlik qüvvələri təcridxanaya basqın edərək terrorçuları məhv etmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə