...ABŞ prezidenti Donald Tramp Çinin ticarət razılaşması üçün ona yaxınlaşmasını istəyir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Trampın mətbuat katibi Caroline Levitt media brifinqində deyib.
…Top Çinin meydançasındadır. Çin bizimlə müqavilə bağlamalıdır. Onlarla razılaşmaq bizdən asılı deyil.
Qeyd edək ki, Levitt bunu prezidentin sözlərindən sitat gətirib.
Bəyanatda deyilir ki, ABŞ Çin və heç bir başqa ölkə arasında fərq qoymur və Çinin irəli addım atmasını gözləyir.
…Bizim üçün Çinlə başqa bir ölkə arasında heç bir fərq yoxdur, onların daha böyük olmasından başqa… Çin isə bizdə olanı istəyir. Hər bir ölkə kimi, axırda hamı Amerika istehlakçısına çıxış əldə etmək istəyir. Başqa sözlə, bizim pulumuzu istəyirlər..?
Bu da Trampın dedikləridir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə