...Braziliyada eniş edən Latam təyyarəsi uçuş-enmə zolağından çıxıb və videoya düşüb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Aero Magazine məlumat yayıb.
Sərnişin Airbus A319 San-Paulu Quarulhos Beynəlxalq Hava Limanından Şapekoya uçurdu.
Eniş üçün birinci yaxınlaşma zamanı pilotlar zəif görmə səbəbindən ikinci eniş etməli olublar.
Təyyarə yalnız ikinci cəhddə yerə enib, lakin uçuş-enmə zolağında dayana bilməyib, hüdudlarını aşıb və tarlaya düşüb. Həmin vaxt yağışın yağdığı dəqiqləşdirilir.
Hadisə nəticəsində Çapeko hava limanı aprelin 1-i üçün bütün reysləri ləğv edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə