Enerji ekspertləri və bioloqlar kimi peşələr qalacaq…

Bill Qeyts süni intellekt inkişafından sonra sağ qalacaq peşələrin adını çəkib…

...Milyarder Bill Qeyts süni intellektin inkişafı fonunda yayılan “proqramçıların ölümü” ilə bağlı şayiələrin tez olduğunu bildirib.

SİA-nın məlumatına görə, bu barədə EADaily yazır.

ChatGPT, Midjourney və ya DALL-E kimi süni intellekt alətlərinin inkişafı ilə analitiklər və iş adamları əmək bazarında yaxınlaşan inqilab barədə getdikcə daha çox xəbərdarlıq edirlər.

Qeytsin fikrincə, süni intellektin inkişafı bir çox peşələrin, o cümlədən son vaxtlar avtomatlaşdırmaya toxunulmaz hesab edilən peşələrin ləğvinə səbəb olacaq.

…Əksər vəzifələr insanlardan tələb olunmur.

Milyarder deyir bunu.

Bununla yanaşı, biznesmen qeyd edib ki, proqramçı peşəsi istənilən halda aktuallığını qoruyacaq; süni intellekt inqilabı onu məhv etməyəcək. Şirkətlər hələ də kod yazmaq və sistemləri idarə etmək üçün insanlara ehtiyac duyacaqlar. Bundan əlavə, enerji ekspertləri və bioloqlar kimi peşələr qalacaq,

Bunu da Geyts bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə