Ərdoğan Qətər əmiri ilə regional və qlobal məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qətər əmiri Əl Tani arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ölkələr arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan İsrailin Qəzza, Livan və Suriyadakı hücumlarına da toxunub. Türkiyə Prezidenti münaqişənin tezliklə sona çatması və zərərçəkənlərə kömək istiqamətində maksimum səy göstərməyə davam edəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə