Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, anti-Rusiya sanksiyaları Ukrayna münaqişəsi bitənə qədər qüvvədə qalacaq.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə LCI-yə məlumat verib.
…Sanksiyalar çox ciddidir, zərər verir. Onlar Rusiya iqtisadiyyatına təsir edir və güclü rıçaqdır.
Bunu Avropa Komissiyasının rəhbəri bildirib.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk belə bir fikir bildirmişdi ki, bir çox yerli istehsalçılar Qərbin sanksiyalarının ləğvindən, eləcə də xarici istehsalçıların ölkəyə qayıtmasından ehtiyat edirlər, çünki bu məhdudiyyətlər iqtisadiyyatı sürətlə inkişaf etməyə məcbur edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə