Ermənistanın maşınlarına İranda yanacağın baha satılması ilə bağlı problem həll ediləcək

İrəvan və Tehran yaxın zamanlarda İranda Ermənistan yük maşınlarına satılan dizel yanacağının qiymətinin artması ilə bağlı problemi həll edəcək. SİA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 25-də iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi brifinqdə bildirib.

“Bu istiqamətdə iş aparılıb, hər iki ölkənin sürücüləri üçün müəyyən sadələşdirmələr təklif edən təxmini formula var. İşlər yaxın vaxtlarda yekunlaşacaq və bundan sonra qərarı dərc edəcəyik”, - o, brifinqdə qeyd edib.

Erməni həmkarının açıqlamasını iranlı nazir də təsdiqləyib. A.Əraqçi vurğulayıb ki, ağır yük maşınları üçün rüsumlar da müzakirə olunub. Onun sözlərinə görə, tərəflər xərclərin azaldılması və bununla da yük daşımalarının artmasına şərait yaradılması barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə