ABŞ-ın Hərbi Hava Qüvvələri “Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarəti altında olan Yəmənin paytaxtı Səna şəhərinə silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Sənanın qərbində yaşayış binasının bombalaması nəticəsində ölən və yaralananlar var. Onların dəqiq sayı barədə məlumat verilmir.
Paytaxtda husilərin silah anbarlarının da atəşə tutulduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə