...Polşanın baş naziri Donald Tusk hesab edir ki, NATO-nun şərq cinahı gücləndirilməlidir. O, bu barədə martın 2-də Londonda keçiriləcək sammitdə müttəfiqlərindən soruşacaq. Tuskun sammitdən əvvəl verdiyi bəyanatı BBC sitat gətirir. ...Bu, hər bir Avropa dövlətinin Avropalı müttəfiq qoşunlarının Finlandiya, Baltikyanı ölkələr və Polşada – Rusiya və Belarusla sərhədlərdə olması niyyəti və imkanlarının əsl sınağı olacaq.
SİA-nın məlumatına görə, bunu Tusk deyib.
O, qeyd edib ki, Polşanın ölkənin və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi şəklində “əlavə sığorta siyasəti” olmalıdır.
Onun fikrincə, Avropa qitənin təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Bu bir paradoksdur, necə səsləndiyinə qulaq asın: 500 milyon avropalı 300 milyon amerikalıdan onları 140 milyon rusdan qorumağı xahiş edir. Əgər saya bilirsənsə, o zaman özünə arxalan.
Tusk əlavə edib.
Polşanın baş naziri həmçinin İtaliyanın baş naziri Giorgio Meloni-nin Avropa liderlərinin və ABŞ-ın sammitinin çağırılması təklifini dəstəklədiyini bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə