Hazırda Rusiya XİN-in sərəncamında altı silindrli Hongqi H9 sedan var

Rusiya Xarici İşlər Nazirliyi Çindən ən son Hongqi H9 biznes sedanlarını alıb

...Rusiya agentliyinin ixtiyarında olan avtomobillər Rusiya bazarına çıxarılmır. Çində belə bir sedanın orta qiyməti təxminən 70 min dollardır. Rusiyada yalnız dörd silindrli mühərriki olan modeli almaq olar.

...İnternetdə a*mp97 seriyalı dövlət nömrə nişanları olan ən yeni Çin biznes-klass sedanı Hongqi H9-un fotoşəkili peyda olub.

SİA-nın əldə etdiyi məlumata görə, 2024-cü ildə Çində yığılan avtomobil Rusiya Xarici İşlər Nazirliyinə məxsusdur. Çində belə avtomobil 63-74 min dollara satılır.

"Motor" nəşrinin qeyd etdiyi kimi, bu avtomobil 3 litrlik V6 mühərriki ilə təchiz olunub, halbuki Rusiya Federasiyasına yalnız pre-restyling dörd silindrli mühərrikləri olan modellər verilir.

Avtomobil şirkəti özü bu ən yeni sedanların Rusiyaya tədarükünü təsdiqləmir. Avtomobil istehsalçısı Rusiya bazarında iştirakını genişləndirmək və dilerlərin sayını təxminən 50 nümayəndəliyə çatdırmaq niyyətindədir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə