...Deməli, Ermənistan bu il də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT-) iştirakını dayandırmayacaq.
SİA-nın məlumatına görə, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin “Armen Press” nəşri dərc etdiyi açıq hesabatında deyilir.
...Biz 2025-ci ildə Ermənistanın üzvlüyünü dayandırmasının səbəblərinin dəyişməsini çətin hesab edirik. Buna əsaslanaraq, inanırıq ki, bu təşkilatın nüfuzu böyük sual altında qalacaq və digər üzv dövlətlər üçün “düşüncə qidasına” çevriləcək.
Bu, erməni sənədində deyilir.
...Erməni kəşfiyyatı Cənubi Qafqaz və onun hüdudlarından kənar ölkələrin hərbi xərclərini artırmağa, silah-sursat almağa eləcə də hərbi sənayeni inkişaf etdirməyə davam edəcəklərini gözləyir.
Bu, “Ermənistan kimi obyektiv olaraq kiçik maddi və qeyri-maddi ehtiyatlara malik dövlətlər üçün asimmetrik riskləri” artıracaq.(?)
Hesabatda həmçinin qeyd olunur ki, 2025-ci ildə Rusiya və Ukrayna arasında sabit və davamlı sülhə imkan verəcək “kifayət qədər həyat qabiliyyətli həll”in əldə olunması ehtimalı azdır.
Nəticədə, Moskva və Avropa İttifaqı ölkələri “aktiv silahlanma, uzunmüddətli müdafiə və iqtisadi muxtariyyət siyasətini” davam etdirəcəklər.
...İstənilən ssenari üzrə Rusiya-Ukrayna münaqişəsi birbaşa və ya dolayısı ilə Ermənistanın təhlükəsizlik vəziyyətinə təsir edəcək.(?)
Bunu ermənilərin kəşfiyyat xidməti qeyd edib.
...Eyni zamanda, Azərbaycanla yeni hərbi münaqişənin başlanmasını da istisna ediblər. Bununla belə, Bakı ilə sülh müqaviləsi olmadığı təqdirdə, “sərhəddə lokal gərginlik və eskalasiya riski qalacaq”.
Bu da erməni hesabatında deyilir.
Xatırladaq ki, ötən ilin avqustunda Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulduğunu bəyan edib. Eyni zamanda o qeyd edib ki, İrəvanın qurumdan nə vaxt çıxacağı barədə dəqiq məlumat verə bilməz.
Bundan əvvəl Paşinyan dəfələrlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağda hərbi münaqişə zamanı yardım göstərmədiyinə görə tənqid edib.
O, həmçinin təşkilatı “köpük ittifaqı” adlandırıb və onun üzvlərinin guya Bakı ilə birlikdə Ermənistana qarşı “müharibə planlaşdırdıqlarını” bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə