Türkiyənin “TRT World” telekanalı Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenkonu efirə buraxmayıb. SİA xəbər verir ki, buna səbəb deputatın üzərində Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz mesaj olan köynək geyinməsi olub. Deputata köynəyi çıxarmaq təklif edilib, amma bundan imtina edib.
Bu barədə Qonçarenko özünün “Telegram” kanalında yazıb.
“Əvvəlcə məndən formamı dəyişməyimi istədilər. İmtina etdim. Sonra təkid etməyə başladılar. Mənim cavabım belə oldu: ya havanı olduğu kimi alıram, ya da heç almıram”, - deputat bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə