Fransada təhlükəsizlik tədbirləri gücləndirilib

Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retayo polis prefektlərinə terror hücumları ehtimalına görə təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib. SİA xəbər verir ki, bu barədə AFP məlumat yayıb. "Terror təhlükəsinin artdığını nəzərə alaraq, kütləvi mədəniyyət, idman və ya əyləncə tədbirləri zamanı ayıq-sayıqlığın maksimum dərəcədə artırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıram”, - deyə nazir bildirib. O, kütləvi tədbirlər iştirakçılarının yoxlanılmasına cavabdeh olan hüquq-mühafizə orqanları əməkdaşlarının hazırlanmasına xüsusi diqqət yetirilməsi barədə göstəriş verib. Retayo xatırladıb ki, Almaniya və ABŞ-də baş verən son terror aktları təhlükənin ciddiliyini göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə