ABŞ Konqresi 5 noyabr seçkilərinin nəticələrini təsdiqlədi

ABŞ Konqresi Donald Trampın 2024-cü il seçkilərində qələbəsini təsdiqləyib. SİA xəbər verir ki, seçkilərin nəticələrini Konqresə sədrlik edən, Donald Trampın 5 noyabr seçkilərində məğlub etdiyi vitse-prezident Kamala Harris elan edib. O, seçki kollegiyasında Donald Trampın 226 səsə qarşı 312 səslə ona qalib gəldiyini rəsmən təsdiqləyib. İclas zamanı Ceyms Devid Vansın da vitse-prezident postu uğrunda mübarizəsi təsdiq edilib.

Xatırladaq ki, səsvermədə Donald Tramp 1,5 faiz fərqlə rəqibi Kamala Harrisi məğlub etmişdi. Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə