Fransanın 19 əyalətində narıncı həyəcan siqnalı verilib

Fransada "Florian" qasırğası səbəbindən 19 əyalətdə xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransa meteorologiya agentliyi "Meteo France", Atlantik okeanı sahillərindən gələn "Florian" qasırğasının ölkənin şimalındakı Vende əyalətindən başlayaraq paytaxt Paris də daxil olmaqla, İle-de-Fransa bölgəsinə təsir edəcəyini bildirib.

Fırtına səbəbi ilə Men-et-Luara, İndre-et-Luara, Sarthe, Luara-et-Cher, Loiret, Eure-et-Luara, Yvelines, Essonne, Val-d'Oise, Sene-Saint-Denis, Val-de - Marne, Hauts-de-Seine, Paris, Seine-et-Marne, Aisne, Marne, Meuse, Ardennes və Loire et Rhone-də narıncı həyəcan siqnalı verilib. Sürətinin saatda 110 kilometrə çatdığı təxmin edilən "Floriane" qasırğasının axşam saatlarına qədər təsirini davam etdirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə