...Hindistan noyabrda 14,86 milyard dollar dəyərində qızıl idxal edib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ölkənin Ticarət və Sənaye Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu, ötən ilin noyabr ayı ilə müqayisədə dörd dəfə, bu ilin oktyabr ayı ilə müqayisədə isə iki dəfə çoxdur və ümumilikdə tarixi rekorddur.
Dünya Qızıl Şurasının analitiki Kavita Çakko bildirib ki, qədim Hindistanda işıqlar festivalı - Divalinin qeyd edilməsi zamanı qızıla tələbat artıb.
Həmçinin yayda Hindistanda qızıla idxal rüsumu kəskin şəkildə azalıb – 15 faizdən 6 faizə, Dore ərintisi üzrə - 14,35 faizdən 5,35 faizə...
...İlin cəmi 11 ayında Hindistana qızıl idxalı 58,676 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə bir yarım dəfə çoxdur.
Qeyd edilməlidir ki, Hindistan dünyada qızılın ən böyük istehlakçılarından biridir, amma maraqlıdır ki, bu ölkənin özü faktiki olaraq heç bir qızıl istehsal etmir.
Onu da qeyd edək ki, ilin birinci yarısının sonunda ölkə 19 milyard 103 milyon dollar dəyərində 305 tona yaxın qızıl idxal edib.
...Fiziki ifadədə həcm 5 faiz, dəyər ifadəsində isə17 faiz artıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə