Sən, miqrant uşağında olan çəsarətə bir bax,..rusa əl qaldırmaq?..

Bu dəfə Slutski miqrantların təhsil müəssisələrinin yaxınlığında yaşamasını qadağan etməyi təklif edib

...Qanunvericiliyə təklif olunan dəyişikliklər miqrasiyaya nəzarətin gücləndirilməsinin bir hissəsi olacaq.

...Və təbii ki, rusların çoxları bu təşəbbüsü dəstəkləyib.

Deməli, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski miqrantların təhsil müəssisələrindən 200 metr radiusda yaşamasını qadağan edə biləcək qanun layihəsinin hazırlandığını açıqlayıb.

Onun sözlərinə görə, məktəb və bağçaların yaxınlığında çoxlu sayda xarici ölkə vətəndaşları uşaqların təhlükəsizliyinə təhlükə yarada bilər.

Slutski onu da vurğulayıb ki, qanun layihəsində uşaqların yerləşdiyi binalarda, o cümlədən məktəblərdə və uşaq bağçalarında miqrantların qeydiyyata alınmasına qadağa qoyulması nəzərdə tutulur.

SİA-nın məlumatına görə, bunu TASS yazır.

...Daha əvvəl deputat Dmitri Qusev miqrantların ənənəvi olaraq işlədiyi sektorlarda maaşların artırılması barədə məlumat vermişdi. Onun sözlərinə görə, miqrantların cəlb olunduğu işin az maaşlı olması barədə deyilənlər artıq köhnəlib..?

Yeri gəlmişkən, bundan əvvəl Sankt-Peterburqda miqrant ailədən olan bir uşağın həmyaşıdı olan rusa əl qaldırdığı barədə yazlmışdı.

Deyirəm, sən bu miqrant uşağında olan çəsarətə bir bax: rusa əl qaldırmaq?..

...Görən, həmin o miqrant ailəsi Rusiyadan qovulmayıb ki?...

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə