Bayden qərarını AÇIQLADI

Noyabrın 5-də keçiriləcək prezident seçkilərinin qalibindən asılı olmayaraq, ABŞ prezidenti Co Baydenin andiçmə mərasiminə qatılacağı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jan-Pyer gündəlik mətbuat brifinqində noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamalar verib.

Jan-Pyer bəyan edib ki, Bayden prezident seçkilərində kim qalib gəlsə, onun andiçmə mərasimində iştirak edəcək. Baydenin hakimiyyətin sülh yolu ilə ötürülməsinə inandığını ifadə edən Jan-Pyer deyib: "Andiçmə mərasimində iştirak etmək, orada olmaq, müntəzəm olaraq görülən işlər tarixi bir prosesin bir hissəsidir. O, bu prosesdə mütləq iştirak edəcək".

Keçmiş prezident Donald Tramp çoxdankı ənənəni pozaraq, 2021-ci ilin yanvarında Baydenin andiçmə mərasiminə qatılmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə