Lipetsk koloniyasından qaçan iki nəfərin marşrutu məlum olub

...Lipetsk 2 saylı Cəzaçəkmə Koloniyasından qaçan iki məhbusun marşrutu məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, qaçan məhbuslar Moskva vilayətinə üz tutublar.

Bundan əvvəl Lipetsk islah koloniyasını icazəsiz tərk edən daha bir məhbusun kimliyi məlum olub.

Məhkumun 2023-cü ilin oktyabrında narkotik ittihamı ilə məhkum edildiyi bildirilir. Ümumilikdə koloniyadan qaçan 4 nəfər saxlanılıb. Daha iki qaçqının axtarışları davam edir.

İlkin məlumatlara görə, ilk olaraq Xurşidbek Qaniev və Bəxtiyor Jumaev saxlanılıb. Onların polisə müqavimət göstərməyə çalışdıqları bildirilib.

Onların Rusiya sərhəddini keçərək Qazaxıstana getmək və Özbəkistanda gizlənmək istədikləri güman edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə