Kipr bankları sanksiyalara görə Rusiya müştərilərindən imtina edir...
...Rusiyanın Ukraynaya tam miqyaslı işğalı başlayandan sonra Kipr banklarında rus müştərilərinin payı demək olar ki, yarıya qədər - 0,35 faizə, Rusiya Federasiyasından gələn əmanətlərin həcmi isə ümumi əmanətlərin 2,21 faizdən 1,53 faizə qədər azalıb. Bu azalma bilavasitə BMT, Aİ, ABŞ və Böyük Britaniyanın müharibəyə cavab olaraq tətbiq etdiyi sanksiyalarla bağlıdır.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu Associated Press Kipr maliyyə təşkilatlarının məlumatlarına istinadən xəbər verir.
2022-ci ildən bəri sanksiyalar səbəbindən Kipr banklarının Rusiya və Ukraynadan olan müştərilərinin sayı 13 min, hesabların sayı 35 min azalıb və bu, 2 milyard avro itkiyə səbəb olub.
Agentlik yazır ki, Kipr bankları kölgə investorları, o cümlədən rus oliqarxlarını cəlb edən əvvəlki daha az şəffaf təcrübələrdən uzaqlaşaraq, daha sərt nəzarətə doğru dönüş nümayiş etdirirlər.
Yerli rəsmilər AP-yə bildiriblər ki, bu cür əməliyyatlardan azad olan şəffaf maliyyə sistemi qanuni beynəlxalq sərmayələrin axınına şərait yaradacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB